ABŞ-da ləğv edilən yaşıl enerji layihələrinin həcmi 22 milyard dollara çatdı
Dünən, 15:34
2025-ci ilin ilk yarısında ABŞ-da təmiz enerji sahəsində 22 milyard dollardan çox investisiya ləğv edilib. İqtisadiyyat.az bildirir ki, bu addımlar Donald Trampın Co Bayden dövründə verilən yaşıl vergi güzəştlərini geri götürən yeni vergi qanununu imzalamağa hazırlaşdığı bir vaxtda atılıb.
Məlumata görə, bu məbləğ 2022-ci ildən bəri elan edilmiş 133 milyard dollarlıq yaşıl layihələrin təxminən 17%-ni təşkil edir. Ləğv edilən layihələrin əksəriyyəti Respublikaçılar tərəfindən idarə olunan ştatlarda yerləşir.