Mixail Saakaşvili hakimiyyətə qayıdır?
Dünən, 15:14

"Saakaşvili: Ölkədə cinayətkarlığın artmasına son qoymağın yolunu bilirəm
"Ölkədə cinayətkarlığın artmasına necə son qoymaq lazım olduğunu bilirəm və ümid edirəm ki, tezliklə Gürcüstana kömək edə biləcəyəm", — bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, şəxsi müsbət və mənfi təcrübəsi ölkəyə yardım etməkdə faydalı ola bilər.
“Batumidə, məhz Alisanın bir neçə gün dincəlmək istədiyi evin qarşısında srağagün bir kişi güllələndi. Bu, mənə 90-cı illərin əvvəllərindəki kriminal vəziyyəti xatırladır. Küçə cinayətləri, sifarişli qətllər və qanunsuzluq o zaman qaçılmaz olur ki, ölkəni klassik mafiya idarə edir — başda Don Korleone rolundakı İvanişvili olmaqla. O, biznes maraqlarını həbslər və həbsxanalardakı qisaslar vasitəsilə həll edir. Belə şəraitdə, Şevardnadze dövründə olduğu kimi, cinayətkarlara çevrilənlər məhz polislər olur. Mənim müsbət və mənfi təcrübəmi nəzərə alaraq, Gürcüstana kömək edə bilərəm. Cinayətkarlığın artmasına son qoyacağımı bilirəm və ümid edirəm ki, bu problemlərin öhdəsindən gəlmək üçün tezliklə Gürcüstana yardım edə biləcəyəm", — deyə Mixeil Saakaşvili qeyd edib".
Azadlıq Qəzeti
TEREF