Fransa Fələstini rəsmən tanıyacağını elan edib

Dünən, 08:57           
Fransa Fələstini rəsmən tanıyacağını elan edib
"Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq".

Oxu.Az -ın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabında yazıb.

"Mən qərara gəldim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi bağlılığına sadiq qalaraq Fələstin dövlətini tanıyacaq. Bu təntənəli bəyanatı sentyabrda BMT-nin Baş Assambleyasında verəcəyəm", - deyə məlumatda bildirilir.

Makron vurğulayıb ki, bu günün ən mühüm ehtiyacı Qəzzada müharibəyə son qoymaq və mülki əhaliyə yardım göstərməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru