Serbiyadan bir İLK: Xaricdə saxlanılan qızıl ehtiyatlarını öz ərazisinə köçürəcək
Dünən, 16:08
Serbiya xarici ölkələrdə saxlanılan qızıl ehtiyatını öz ərazisinə qaytaracaq.
Bu barədə "Bloomberg" agentliyi Serbiya Mərkəzi Bankına istinadən məlumat yayıb.
Qızılın daşınmasına dair qərar Belqradın böhran dövrlərində bu ehtiyatın təhlükəsizliyini təmin etmək istəyi ilə əsaslandırılır.
Beləliklə, Serbiya Şərqi Avropada qızıl külçələrini İsveçrə, Böyük Britaniya və ABŞ kimi ənənəvi mərkəzlərdə saxlamayan ilk ölkə olacaq.
Qeyd edək ki, Serbiyanın ümumi qızıl ehtiyatları 50.5 ton qiymətləndirilir. 2024-cü ildə alınmış və hələlik İsveçrədə saxlanılan beş ton istisna olmaqla, onların hamısı Belqraddadır. Bu həcmdə qızılın dəyəri təxminən altı milyard dollar təşkil edir.