Rusiya 10 yeni diviziya yaradır: 2-si… – Sırski

Bu gün, 11:36           
Rusiya 10 yeni diviziya yaradır: 2-si… – Sırski
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hər ay cəbhədəki canlı qüvvəsini 9 min nəfər artırdığını və ilin sonuna qədər 10 yeni diviziya formalaşdırmağı planlaşdırdığını açıqlayıb.

TEREF xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski deyib.

Onun sözlərinə əsasən, bu diviziyalardan ikisi artıq yaradılıb. Buna görə də Ukraynada səfərbərlik davam etməlidir.

O bildirib ki, iyulda Rusiyanın itkiləri 33,2 min nəfərdən çox olub. Bu, əvvəlki ayla müqayisədə 800 nəfər çoxdur:

“Buna baxmayaraq, düşmən öz qrupunu hər ay 9 min nəfər artırır. Rusiya rəhbərliyi ilin sonuna kimi 10 yeni diviziya yaratmaq niyyətindədir, ikisi artıq yaradılıb. Ona görə də səfərbərlik tədbirlərini davam etdirmək, döyüş hazırlığını təkmilləşdirmək və qoşunlarımızın tərkib hissəsini gücləndirməkdən başqa çarəmiz yoxdur"(globalinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru