Milyonçu iş adamı dənizdə yoxa çıxdı – Foto

Bu gün, 12:30           
Milyonçu iş adamı dənizdə yoxa çıxdı – Foto
Milyonçu iş adamı Halit Yukay Yunanıstana gedərkən yoxa çıxdı – Yaxtı parçalanmış halda tapıldı

Türkiyənin tanınmış milyonçu iş adamı, eyni zamanda “Viaport Marina”nın qurucularından biri olan Halit Yukay, şəxsi yaxtası ilə Yunanıstana yola düşərkən müəmmalı şəkildə yoxa çıxıb.

Tribunainfo.az Tütkiyə mediasına istinadən xəbər verir ki, iş adamı təkbaşına yola çıxıb və son əlaqə nöqtəsi Egey dənizi olub. Onun minik etdiyi yaxta bir neçə gün sonra parçalanmış vəziyyətdə tapılıb. Hadisə yerində insan izinə rast gəlinməyib.

Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri və Yunanıstan sahil mühafizəsi Halit Yukayın tapılması üçün beynəlxalq axtarış-xilasetmə əməliyyatına başlayıblar. Hələlik onun taleyi barədə rəsmi və qəti məlumat yoxdur.

Yaxtın hansı səbəbdən bu vəziyyətə düşməsi hələ də aydın deyil. Hadisənin hava şəraiti ilə bağlı ola biləcəyi ehtimal edilsə də, bəzi mənbələr texniki nasazlıq və ya qəsdən törədilmiş bir hadisənin də istisna edilmədiyini bildirir.

Qeyd edək ki, Halit Yukay Türkiyədə biznes və dənizçilik sahəsində tanınan fiqurdur. O, daha çox yaxtaların dizaynı və satışı ilə məşğul olan “Yonca-Onuk” və “Viaport Marina” layihələrində fəal rol alıb. Milyonlarla dollar dəyərində sərvəti olan Yukay həm də dənizçiliyə böyük marağı ilə tanınıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru