"Xaç atası"nın rejissoru əməliyyat olundu Bu gün, 09:58 Amerikalı rejissor Frensis Ford Koppola İtaliyanın paytaxtı Romada xəstəxanaya yerləşdirilib.Bu barədə ANSA agentliyi məlumat yayıb.Məlumata görə, o, planlı ürək əməliyyatı keçirib. 86 yaşlı rejissorun səhhətində ağırlaşma baş verməzsə, tezliklə evə buraxılacağı bildirilir.Qeyd edək ki, Frensis Ford Koppola "Xaç atası", "Apokalipsis bugün" və "Drakula" kimi filmləri ilə şöhrət qazanıb. Facebook-da paylaş