İrəvandan Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
Bu gün, 12:28
Ermənistanın Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-a səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək və iki ölkə arasında əlaqələr müzakirə olunacaq.
“Strateji tərəfdaşlıq, eləcə də regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə baş nazirin ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev ilə də üçtərəfli görüşü baş tutacaq”, – məlumatda bildirilir.