İki şirkətin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı

Bu gün, 11:44           
İki şirkətin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı
Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi “Saatlı Yeyinti İstehsal” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Akim Tofiqzadəni məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, qurum ərizəsində Akim Tofiqzadənin ölkədən çıxışının məhdudlaşıdırılmasını xahiş edib.

Məlum olur ki, Akim Tofiqzadənin rəhbərlik etdiyi “Rəcəbli Fermer Təsərrüfatı” MMC-nin işsizlikdən sığorta fonduna 55,98 manat, Dövlət Sosial Müdafiə Fonduna 1449,72 manat, İcbari Tibbi Sığorta Fonduna 245,34 manat, "Saatlı Yeyinti İstehsal” ASC-nin isə işsizlikdən sığorta fonduna 63,54 manat, İcbari Tibbi Sığorta Fonduna 252,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 1545,21 manat olmaqla, ümumilikdə 3611,92 manat borcu var. Lakin sözügedən şirkətlərin borcu ödəmilməyib.

5 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Günay Namazova ərizəni təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru