Federasiya prezidenti nədən vəfat edib? - Füzuli Musayev AÇIQLADI

Bu gün, 11:56           
Federasiya prezidenti nədən vəfat edib? -
Xəbər verdiyimiz kimi, Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanın Batumi şəhərində qəfil vəfat edib.
Bakupost.az xəbər verir ki, modern.az hadisənin təfərrüatlarını öyrənmək üçün Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayevlə əlaqə saxlayıb.
Füzuli Musayevin verdiyi məlumata görə, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib.
Lakin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib.
“İlkin diaqnoza əsasən, həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildiriblər. Vəziyyəti sürətlə ağırlaşdı və komaya düşdü. Biz onu Türkiyədəki xəstəxanalardan birinə təxliyə etməli olduq”, – deyə Füzuli Musayev bildirib.
Vitse-prezidentin sözlərinə görə, o, həmin vaxt Arif Məmmədovla eyni xəstəxanada olub, lakin hələlik ölümə səbəb olan konkret tibbi diaqnoz barədə dəqiq məlumat əldə olunmayıb.
Qeyd edək ki, Arif Məmmədov daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru