Azərbaycanlı boksçuya haqsızlıq edən hakimə ömürlük cəza veriləcək

Bu gün, 09:14           
Azərbaycanlı boksçuya haqsızlıq edən hakimə ömürlük cəza veriləcək
Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan boksçusuna qarşı qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb

Bu barədə Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidməti məlumat yayıb.

ABF bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (IBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançının hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.

IBA prezidenti Umar Kremlyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O, videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşündəki hakim özbaşınalığa yol verməməli idi:

“Bu həm IBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdırlar. Nə IBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar:

“Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Görüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru