Putin prezident postundan sonra nə işlə məşğul olacağı barədə açıqlama verib

6-12-2016, 01:33           

Rusiya prezidenti Vladimir Putin siyasi karyerasını başa vuracağından sonra uzun müddət müxtəlif ölkələrə səyahət edəcək

Ölkə.Az xəbər verir ki, bu barədə Putin Çelyabinskdə “Eterno” şirkətinin işçiləri ilə söhbət zamanı bildirib. O, etiraf edib ki, səyahət etməyi çox xoşlayır.

“Sıx iş qrafiki üzündən səfər etdiyim ölkələrin təbiəti və mədəniyyəti ilə maraqlanmağa vaxtım olmur. Hava limanı, görüş yeri, hava limanı. Hazırda mənim bütün səyahətlərim belədir”, -deyə Putin gileylənib.

V.Putin siyasi karyerasını uğurla yekunlaşdırmaq arzusunda olduğunu bildirib.

Qeyd edək ki, Vladimir Putin “Bloomberg”ə müsahibəsində bildirib ki, 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə qəti fikirə gəlməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru