İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”

6-12-2016, 09:28           
İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”
"İran Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır”.

“Report” “news.am”a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının energetika naziri Həmid Çitçian İran-Ermənistan hökumətlərarası birgə komissiyanın açılışında bildirib.

“Ermənistan Prezidenti Serj Sarqsyanın Tehrana qarşıdan gələn səfəri iki ölkə arasında energetika və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafına yaxşı imkanlar açır” - iranlı nazir vurğulayıb.

O deyib ki, hökumətlərarası komissiyanın gündəliyində üçüncü elektrik ötürücüsü xəttinin tikintisi layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də körfəzdən Qara dənizədək boru-kəmərinin çəkilməsi məsələləri var. Xatırladaq ki, komissiyanın iclasında Ermənistanın energetika naziri Aşot Manukyan iştirak edir. Ermənistan KİV-i İran Prezidenti Həsən Ruhaninin Yerevana səfər edəcəyini yazıb. Ancaq həmin müddətdən iki həftə keçsə də bu səfər baş tutmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.