Moskva aeroportlarında 70-dən çox reysin uçuşu təxirə salınıb

6-12-2016, 09:45           

Rusiyanın paytaxtı Moskva şəhərindəku aeroportlarda 70-dən çox reysinin uçuşu təxirə salınıb.

teref.az xəbər verir ki, təxirə salınan uçuşlar Domodedovo və Şeremetova aeroportlarındadır. Domodedovo Hava Limanından 33 reys gecikir, 24 reys isə təxirə salınıb. Şeremetova Hava Limanından isə 47 reys gecikir, 53-ü isə təxirə salınıb.

Gecikən və təxirə salınan uçuşlar arasında Bakı reysinin olub olmadığı isə hələlik məlum deyil.

Heydər Əliyev Beynəlxalq Hava Limanının informasiya şöbəsindən Ölkə.Az-a bildiriblər ki, bu gecə Domodedovo aeroportundan Bakıya gələcək təyyarə saat 03:25-də, Şeremetova Hava Limanından isə 04:35-də çatmalıdır. Hələlik təyyarələrin uçuşunun gecikəcəyi, yaxud təxirə salınacağı barədə heç bir məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru