Rusiyadan gedənlərin sayı rekord həddə çatıb

7-12-2016, 00:15           

1994-cü ildən bu yana ABŞ-dan siyasi sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı rekord həddə çatıb, o cümlədən də Avropa Birliyi ölkələrindən.

2016-cı ildə ümumilikdə 2127 rusiya vətəndaşı ABŞ-dan siyasi sığınacaq istəyib.


Onların sayı sentyabrın 1-dək 1912 nəfər olub ki, bu əvvəlki illə müqaisədə 31, 2012-ci illə müqaisədə isə 164 faiz çoxdur.

Bu barədə AzadlıqRadiosu ABŞ daxili təhlükəsizlik nazirliyindən məlumat alıb.

Nazirlik bunun səbəbinə aydınlıq gətirmir.

Amma sığınacaq istəyənlərin vəkilləri onların əksəriyyətinin hakimiyyət tərəfindən ayrı-seçkiliyə məruz qalan homoseksuallar, müxalifət partiyalarının üzvləri, biznesmenlər və korrupsiyanın yayılmasına görə hüquq-mühavizə orqanlarının basqılarından əziyyət çəkən insanlar olduğunu deyirlər.

ABŞ-ın miqrasiya məsələləri ilə bağlı homoseksuallara yardım göstərən “Immigration Equalitt” hüquq təşkilatının Nyu-York bölməsinin nümayəndəsi Pamela Denzer, həmçinin keçmiş Sovet respublikaları olan Ukrayna, Gürcüstan və Özbəkistandan bu cür müraciətlərin artdığını deyir.

Amma ABŞ Rusiya vətəndaşlarının üz tutduğu yeganə ölkə deyil.

Rusiyalılar adətən müxtəlif Avropa Birliyi ölkələrinə də üz tuturlar və bu ölkələrin müfaviq orqanları da son illər sığınacaq istəyənlərin artdığını bildirirlər.

Avropa Birliyinin rəsmi statistikasına görə, 2015-ci ildə sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı 30 faiz artaraq 18 min nəfəri ötüb.

Amma 2016-cı ildə bu rəqəmin artacağı gözlənilir. Çünki təkcə bu ilin ilk 6 ayı ərzində sığınacaq istəyənlərin sayı 11 465 nəfərə çatıb.

Çoxu, əslən Şimali Qafqazdan olan Rusiya vətəndaşlarının əksəriyyəti adətən rahat marşuruta görə daha çox Almaniya və Polşaya üstünlük verirlər.

2016-cı ilin 10 ayı ərzində təkcə Almaniya hökumətinə 10 172 belə müraqciət daxil olub.

Amma sosialoqlar hesab edir ki, rəsmi statistika Rusiyadan qaçanların sayını düzgün əks etdirmir.

Bu yaxınlarda yayılan analitik hesabatın müəlliflərindən biri Aleksandr Grebenyuk deyir ki, son 5 il ərzində Rusiyanı 600 minədək adam tərk edib.

Amma Grebenyuk hesab edir ki, emiqrantların əksəriyyəti iqtisadi səbəbdən-iş və daha yüksək həyat şəraiti dalınca gedirlər.

Onun fikrincə siyasi motivlər burda ikinci dərəcəli rol oynayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.