İranda 12 nəfər başı örtüksüz foto yaydığı üçün azadlıqdan məhrum olunub

7-12-2016, 01:15           
İranda 12 nəfər başı örtüksüz foto yaydığı üçün azadlıqdan məhrum olunub
İranın Şiraz şəhər məhkəməsi internetdə təhrikedici fotolar yerləşdirdikləri üçün 8 kişi və 4 qadını bir ildən altı ilədək azadlıqdan məhrum edib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, qadınların fotolarının baş örtüyü olmadan yayıldığı üçün dəb biznesinin işçiləri cinyət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarına görə, hicaba əməl etməyən bu insanlar fahişəliyin, pozğunluğun yayılması və islam dəyərlərinin sarsılması ilə məşğul olublar. Saytı hazırlayan bir kişi və qadın 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, onların cəzaları başa çatandan sonra “qərbin çılpaq mədəniyyətini” yaydıqları üçün xarici ölkəyə getmələri də qadağan olunacaq.

Ümumiyyətlə, bu məsələ ilə bağlı ilk həbs 2016-cı ilin mayında həyata keçirilib. Bu işlə əlaqədar 170-ə yaxın insan istintaqa cəlb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.