Ukrayna nüvə dövləti statusunu geri qaytarır

7-12-2016, 09:59           
Ukrayna nüvə dövləti statusunu geri qaytarır
Ukraynanın Radikal Partiyadan olan deputatları yenidən Kiyevin nüvə dövləti statusunun geri qaytarılmasını təklif ediblər.

Axar.az xəbər verir ki, yeni qanun layihəsi Radanın rəsmi saytında qeydiyyatdan keçib. Hələlik qanun layihəsinin tam mətni yayımlanmayıb.

Radikallar Ukraynanın 1968-ci ildən bu yana qoşulduğu nüvə silahlarının yayılmaması haqqında razılaşmadan çıxmasını istəyirlər.

Qeyd edək ki, SSRİ-nin süqutundan sonra Ukrayna nüvə silahlarına malik olub. 1993-cü ildə Kiyev Budapeşt razılaşmasına imza atıb. Bu razılaşmaya əsasən, Ukrayna rəsmən nüvə silahlarından imtina edib və bunun qarşılığında Böyük Britaniya, ABŞ və Rusiyadan öz təhlükəsizliyinə zəmanət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru