Dağıstanda 600 saytın girişinə qadağa qoyulub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Dağıstan prokurorluğunun rəsmisi Ramazan Şaxnavazov bildirib. Şaxnavazovun bildirdiyinə görə, 485 sayt İŞİD-in təbliğatını aparırmış. Yerdə qalan saytlar isə ekstremizmi və terrorçuluğu təbliğ edirmiş. Məlumata görə, yaxın günlərdə daha 250 saytın girişinə məhdudiyyətlər qoyulacağı bildirilir.