ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi – ŞOK ADDIM

7-12-2016, 19:11           

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma “DQR”-in “baş naziri” Araik Artünyan ABŞ Konqresində çıxış edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, dekabrın 6-da separatçı rejimin “baş naziri” Konqesdə “DQR”-in “25 illik müstəqillik yubileyi”nə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan Ordusunun aprel ayında işğal olunmuş ərazilərin müəyyən qismini azad etməsi tənqid olunub.

Separatçı “baş nazir” Konqresdə çıxışı zamanı Azərbaycana qarşı qondarma ittihamlar irəli sürüb.

Araik Artünyan Qarabağda Livan biznesmenlərinin, məşhur italyan markalarının fəaliyyət göstərdiyini deyib. Lakin iqtisadi vəziyyətin pis olduğunu deyərək, Konqresdən maliyyə yardımı istəyib.

Separatçı “baş nazir” çıxışını əsasən Azərbaycana ittiham üzərində qurub.

Qeyd edək ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Konqresdə separatçı rejimin yubileyinin keçirilməsi, bu rejimin “baş nazir”inin çıxış etməsi Amerika siyasətinə ziddir. Bu, faktiki olaraq, erməni terrorçularını dəstəkləməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru