Dövlət Departamenti: ABŞ Suriya müxalifətinə silah yardımı göstərməyəcək

8-12-2016, 09:05           
Dövlət Departamenti: ABŞ Suriya müxalifətinə silah yardımı göstərməyəcək
Rəsmi Vaşinqton Suriya müxalifətinə silah yardımı göstərməyəcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.

“Biz çox açıq və aydın şəkildə bəyan etmişik ki, Suriya müxalifətinə silah yardımı göstərməyəcəyik. Biz siyasi həll yoluna üstünlük veririk. Məhz bu məqsədlə çoxtərəfli formatda dialoq prosesini davam etdiririk”, deyə M.Toner bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru