Avropa Birliyi və NATO-dan ortaq qərar- Müqavimət Mərkəzi yaradılır

8-12-2016, 09:26           
Avropa Birliyi və NATO-dan ortaq qərar- Müqavimət Mərkəzi yaradılır
Avropa Birliyi (AB) və NATO hibrid təhlükəsinə qarşı Müqavimət Mərkəzi yaradır.

Bu barədə razılıq bu gün Brüsseldə NATO-ya üzv ölkələrinin xarici işlər nazirlərinin, həmçinin AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin iştirakı ilə əldə olunub.

Tərəflər 40 müddəalıq fəaliyyət planı hazırlayıblar. Sənəd hibrid hücumlarına və kibercinayətlərə qarşı mübarizəni, eləcə də sahil mühafizəsi sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

«Avropa Birliyi və NATO daha sıx əməkdaşlığa başladığını elan edir. Biz daha effektiv ola bilərik», – deyə NATO baş katibi Yens Stoltenberq bildirib(azadliq.info).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru