Yunanıstan iki türk hərbçini Ankaraya verməkdən imtina edib

8-12-2016, 20:35           
Yunanıstan iki türk hərbçini Ankaraya verməkdən imtina edib
Yunanıstan apellyasiya məhkəməsi Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra bu ölkəyə qaçmış iki hərbçinin ekstradisiya olunması tələbini təmin etməyib.

Bu barədə Trend yunan mətbuatına istinadən məlumat verir.

Bir neçə gün əvvəl Yunanıstan məhkəməsi 3 türk hərbçinin Türkiyəyə ekstradisiya olunmasına qərar vermişdi.

Xatırladaq ki, Türkiyədə iyul ayında baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana keçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru