ABŞ prezidentinin qızı ilə 30 dəqiqə keçirtmək istəyən 50 min dollar ödəməlidir

9-12-2016, 09:33           

ABŞ prezidenti Donald Trampın qızı, fotomodel İvanka Trampla bir fincan qəhvə içmək istəyən 50 min dollar xərcləyəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə “Charitybuzz “ adlı xeyriyyə auksionun saytında elan yerləşdirilib. Elanda bildirilir ki, İvanka ilə görüşmək və 30-45 dəqiqə vaxt keçirtmək istəyən müəyyən edilmiş məbləği ödəməlidir. Həmin pul isə uşaq xəstəxanasına veriləcək.

Görüş gələn il Nyu-Yorkdakı “Tramp-tauer” və ya Trampın Vaşinqtondakı hotelində baş tutacaq. Auksionda hələlik görüş üçün 17,5 min ABŞ dolları təklif edən var. Lakin bu məbləğ yetəri olmadığı üçün sövdələşmə baş tutmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru