“Rusiya Almaniyanı qarışdırmaq üçün kiber-hücuma keçib”- Almaniya kəşfiyyatı

9-12-2016, 13:56           

Almnaiyanın daxili kəşfiyyatı bəyan edib ki, Rusiya bu ölkədə çaxnaşma yaratmaq məqsədi ilə kiber-hücuma keçərək geniş təbliğat-dezinformasiya kampaniyasına başlayıb.
Gununsesi.info “Reuters”-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Almaniya kəşfiyyatının rəhbəri Hans-Gerg Maass çıxış edib.
Maass bəyan edib ki, onlar artıq Ruisyanın kiber-casusluq və kiber-əməliyyatlar vasitəsi ilə alman cəmiyyətində çaxnaşma yaratmaq üçün siyasi partiyalara , məmurlara qarşı aqressiv hücum kampaniyalarının başlandığının şahidi olurlar.
Alman kəşfiyyatının rəhbəri onu da deyib ki, bu kiber-hücumlar alman hökumətini, məmurları, parlament üzvlərini və demokratik partiyaların nümayəndələrini ciddi təhlükə altında qoya bilər.
Maas eyni zamanda, Rusiyanı Almaniyada keçirilən seçkilərə kobud şəkildə müdaxilə etməkdə ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru