Məşhur sosioloq-proqnozçu Trampın ABŞ-ı və NATO-nu çökdürəcəyini deyir

9-12-2016, 15:13           
Məşhur sosioloq-proqnozçu Trampın ABŞ-ı və NATO-nu çökdürəcəyini deyir
“Donald Tramp ABŞ-ın yer üzərindəki qüdrətini məhv edəcək”. Bu sözləri məşhur Norveç sosioloq alimi Yuxan Qaltunq Böyük Britaniyanın İndependent qəzetinə verdiyi müsahibədə deyib.

Qeyd olunur ki, bu alim vaxtilə 80-ci illərdə SSRİ-nn dağılmasını, habelə ABŞ-da 2001-ci ilin sentyabrın 11-də törədilən terror aktını qabaqcadan müəyyən etməsi ilə tanınır.

Qaltunq 2000-ci ildə ABŞ-ın dünya üzərində ağalığının 2025-ci ildə bitəcəyini də proqnozlaşdırıb. O, Corc Buşun prezidentliyi dövründə öz təxminlərini bir qədər də qabağa çəkib - 2020. Lakin Tramp seçildikdən sonra Norveç alimi prosesin daha sürətlə gedəcəyinə əmin olduğunu söyləyib.

“Trampın anti-immiqrant platforma üzərində seçilməsi Amerikanın çöküşünün final mərhələlərindən biridir. Qaltunq bu mərhələni 2009-cu ildə dərc etdiyi “The Fall of the
American Empire - and then What?” (Amerikan imiperiyasının süqutu. Bəs sonrA?) adlı kitabda ətraflı təsvir edib. Həmin kitabda müəllif ABŞ-ın süqutu ilə dünya üzərində faşizm elementlərinin də yüksələcəyini proqnozlaşdırmışdı.

Qaltunq Trampın bu mərhələni tezləşdirəcəyini söyləsə də, hər şeyin yenə də yeni prezidentin əlində olduğunu etiraf edib. Qaltunqa görə Donald Trampın NATO-ya tənqidi münasibəti ABŞ-ın qüdrətli dövlət statusunu itirəcəyinin əlamətlərindən biridir.

Avropanın bir çox yazarı və publisisti də Qaltunqla eyni fikirdə görünür.

Fransanın Le Monde qəzetinin yazarı Alen Fraşon Donald Trampın Avropanın da gələcəyini təhlükə altına atacağını yazır. O, Trampın Qərbin dəyərlərini qorumaq yerinə, Çin və Rusiya ilə əlbir olub dünyanı yenidən qurmaq istəyəcəyini iddia edir.

“Hüquqi dövlətlə bağlı fikirlərini beynəlxalq həyata da sirayət edəcəyinə inanan avropalılar bununla bağlı illüziyalara qapılmamalıdırlar. Bu 3 əqidəli millətçi (Tramp, Putin, Si Tzinpin) öz əlləri ilə bizim dünyamızı yenidən şəkilləndirmək istəyəcəklər”, -Alen Fraşon yazır.

“Hər 3 şəxs bir-birlərini çox gözəl anlayırlar. Onlar üçün “beynəlxaq birlik” deyilən anlayış özlərindən başqası deyil. Burada isə yalnız “qüvvələr nisbəti”metoduna inanmaq olar”.

Jurnalistin fikrincə, “Bu üçlüyün üzvləri gələcəkdə yalnız öz təsir zonalarının qorunması ilə məşğul olacaqlar. Bütün məsələlər isə beynəlxalq hüquq normaları ilə həll edilmək yerinə danışıqlar yolu ilə nizama salınmaq istəniləcək”.

“Moskva, Pekin və Vaşinqtonda özünütəcrid ideologiyası deyil, milli-eqozim ideologiyası hakim olacaq”, - Fraşon yazır.

Fraşona görə, “Avropa öz dəyərlərinə əvvəlkindən daha çox sarılmalıdır.

“Hazırda Putin Avropa layihəsini dağıtmağa çalışan sağ radikalları maliyyələşdirməklə məşğuldur. Vaşinqtonda isə Tramp brekzitlərin tərəfində olub, Avropa Birliyinə ikrahla, ən yaxşı halda isə biganə münasibət göstərir”.

Görünür, bunun fərqindəymiş kimi Avropa dövlətləri artıq yeni təhdidlərə qarşı birləşərək mübarizə aprmaq qərarına gəliblər.

NATO üzvləri bununla bağlı həyata keçrilən tədbirlər planının gerçəkləşməsinə şübhə emtəsələr də Avropa Birliyi və Şimali Atlantika Təşkilatı arasındakı əməkdaşlığın gələcək səviyyəsi barədə gələn ildən, yəni Trampın prezident tkimi vəzifəyə başlaqdıqdan sonra bilinəcək.

Tramp isə öz seçkiqabağı çıxışlarında NATO-nu öz potensialını tükətdirən ittifaq kimi təsvir edib. Yeni prezident namizəd kimi iştirak etdiyi toplantılarda NATO-nun büdcəsinin 70%-nin ABŞ tərəfindən qarşılanmasını da anlaşılmaz olduğunu söyləmişdi.

Trampın son günlərdə verdiyi müsahibələrdə də əvvəlki administrasiyadan fərqli olaraq Rusiyanın ünvanına ənənəvi ittihamlar səsləndirilmir.

Yeni prezident, ABŞ-ın kompüter sistemlərinin sındırılmasının arxasında Moskvanın əli olmasında şübhə etdiyini bildirib. “Huffington post” qəzetinin yazdığına görə, Tramp hətta, bu cür qənaətə gələn xüsusi xidmət orqanlarının peşəkar məlumatlara deyil siyasi motivlərə söykəndiyini iddia edib.

Qəzetin icmalçısı Kristina Uilki qeyd etdiyi kimi, ABŞ-ın yeni seçilən prezidentinin Rusyianı deyil, öz ölkəsinin 16 bir-birindən ayrı fəaliyyət göstərən xüsusi xidmət idaərlərini,təhlükəli və məsul işdə çalışan minlərlə əməkdaşını siyasi duyğularla hərəkət etməkdə ittiham etməsi olduqca heyrətamizdir.

Belə görünür ki, ən azı 4 il ABŞ, daha doğrusu onun ekstravaqant lideri Avropa dövlətlərini həyəcan içərisindən saxlamaqda davam edəcək.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.