Günəş sistemi necə məhv olacaq? — Qiyamətin yeni ssenarisi

10-12-2016, 08:01           

Günəş sisteminin necə məhv olacağı barədə alimlər yeni iddia ilə çıxış ediblər.

Belçikada fəaliyyət göstərən "Leuven Astronomy" institutunun alimləri Günəş sisteminin necə məhv olacağı barədə araşdırmalar aparıblar.

"Astronomy and Astrophysics" jurnalında yayımlanan tədqiqat nəticələri yayımlanıb. Tədqiqat zamanı ən müasir ALMA teleskopu ilə Günəşə oxşayan, kiçik kütləyə malik L2 Puppis ulduzunun 5 milyard il əvvəl yüz dəfə böyüyərək qızıl bir topa çevrildiyi müəyyənləşdirilib. Böyük kütləyə çevrilən L2 Puppis ətrafındakı planetləri məhv edib.

Proffesor Liin Deçin bildiri ki, Günəş iki milyard ildən sonra yox olacaq. Günəş Merkuri və Venera planetini udaraq kiçik bir ulduza çevriləcək.

Günəşdə baş verən dəyişikliklər Günəş sisteminə güclü təsir edəcək. Günəş daha böyük və parlaq olacaq, bu isə Yerdə bütün həyatı məhv edəcək.

Alimlərin Günəşin ekizi adlandırılan L2 Puppis ulduzunun ətrafındakı planetlərə təsirini incələyirlər./olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru