MKİ-nin gizli hesabatı:“Trampa Rusiya kömək edib”

10-12-2016, 11:49           

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli hesabatında Rusiyanın ölkədəki prezident seçkilərinə müdaxilə etdiyi və Donald Trampa qələbə qazanmağa kömək etdiyi haqqında informasiya yer alıb.

Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kəşfiyyatın artıq Rusiya hökuməti ilə əlaqəli olan və “Vikiliks” saytına məlumat ötürən şəxsləri müəyyən etməyi bacardığını bildirib.

“Vaşinqton Post”un məqaləsinə Trampın komandası da cavabını gecikdirməyib:

“Bu informasiyanı yayan o şəxslərdir ki, bir zamanlar Səddam Hüseynin də kütləvi qırğın silahlarına malik olduğunu bildirirdilər. Seçki çoxdan başa çatıb. Artıq irəliyə getmək və Amerikanı yenidən böyük etmək vaxtı çatıb”. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru