“Kerri Hamburqu tez tərk etdi, nazirlərin Qarabağ görüşünə qatılmadı” - Edvard Nalbəndyan
10-12-2016, 16:13
ATƏT-in xarici işlər nazirləri Şurasının Hamburqda keçirilən illik toplantısı çərçivəsində həmsədr ölkələrin və münaqişə tərəflərinin nazirlərinin iştirakı ilə 3+2 formatında görüş ona görə baş tutmayıb ki, ABŞ dövlət katibi Con Kerri Almaniyanı tez tərk edib.
Virtualaz.org xəbər verir ki, bu iddia ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ötən gün dekabrın 10-da Hamburqda jurnalistlər qarşısında çıxış edib. Onun sözlərinə görə, dövlət katibinin proqramına əsasən o, Hamburqu Qarabağa dair görüşdən tez tərk etməliydi. Bu səbəbdən görüş Minsk Qrupu həmsədrlərinin iştirakı ilə işgüzar şam yeməyində baş tutub. “Bu görüş öz-özlüyündə mühüm idi, çünki biz sonuncu dəfə NATO-nun sammiti çərçivəsində görüşmüşdük”-Nalbəndyan deyib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda 3+2 formatında görüşün baş tutmamasına görə məsuliyəti Ermənistan tərəfinin daşıdığını açıqlayıb.