ABŞ Raqqa əməliyyatının ikinci fazasının başladığını bəyan etdi
10-12-2016, 18:46
İraq və Suriyada İŞİD-lə mübarizə aparan ABŞ koalisiyası Raqqa əməliyyatının ikinci fazasının başladığını bəyan edib. Avropa.info xəbər verir ki, bu barədə Frans Press məlumat yayıb. ABŞ bildirib ki, əməliyyat üçün yeni loyal müxalifət birləşməsi formalaşdırılıb. Üzvlərinin sayı 45 minə çatan qruplaşmanın üzvlərinin 90%-ni ərəblər təşkil edir. Qeyd edək ki, Raqqa 2013-cü ildən İŞİD-in əlindədir.