Prezident mükafatını aldı: medal, 1,1 milyon dollar…

10-12-2016, 22:22           
Prezident mükafatını aldı: medal, 1,1 milyon dollar…
2016-ci ilin Nobel Sülh mükafatı Kolumbiya prezidenti Xuan Manuel Santosa təqdim edilib.

Təqdimat mərasimi bu gün Oslo şəhər meriyasında keçirilib.

«ABC News»un məlumatına görə, Santosa mükafat olaraq medal və 1,1 milyon dollarlıq çek verilib.


Santos ölkədə 50 ildən artıq davam edən vətəndaş müharibəsinin bitməsinə böyük töhfə verib.

O, Kolumbiya İnqilabçı Silahlı Qüvvələriylə hökumət arasında sülhə nail olub. Sülh müqaviləsi bu il noyabrın 24-də imzalanıb.

Yarım əsrdən çox davam edən vətəndaş müharibəsində 200 mindən çox insan həyatını itirmişdi.

Mərasimdə çıxış edən Santos bildirib ki, bu mükafat göylərin ona hədiyyəsidir: «Bu müqavilənin bağlanmasından sonra deyə bilərik ki, Amerika qitəsi – Alyaskadan Pataqoniyaya qədər sülh torpaqları oldu».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru