Ukrayna kamikadze-dronla silahlanır

11-12-2016, 02:06           
Ukrayna kamikadze-dronla silahlanır
Ukrayna Müdafiə Nazirliyi Azərbaycanın nümunəsindən çıxış edərək kamikadze-dronlarla silahlanmağa hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna mətbuatı yazır. Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyi pilotsuz uçan döyüş sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin effektiv olduğu qənaətinə gəlib. “Məsələn, Qarabağda apreldə gedən döyüş əməliyyatlarında Azərbaycan İsraildən aldığı “Harop” pilotsuz döyüş aparatlarını böyük uğurla tətbiq edib. Bu pilotsuz aparatla ermənilərin azı bir avtobusunun və artilleriya mövqeyinin vurulduğu məlumdur”-Ukrayna KİV-ləri xatırladır.

Məlumata görə Ukrayna Polşanın istehsalı olan “Los” pilotsuz döyüş aparatlarını almaq üçün danışıqlar aparır. Bu, “Harop”ların analoqudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru