Prezident sarayını partlatmaq planının qarşısı alınıb –İndoneziyada

11-12-2016, 09:57           

İndoneziyanın xüsusi təyinatlı polis dəstəsi prezident sarayında partlayış hazırlamağı planlaşdırmaqda şübhəli bilinən 3 terrorçunu həbs edib.

Bu barədə "Jakarta Post" paytaxt polisinin rəsmi nümayəndəsi Arqo Yuvonoya istinadən məlumat yayıb.

Məlumata görə, onlar paytaxt Cakartanın şərq hissəsindəki Bekasi şəhərətrafısında saxlanılıblar. "Onlar dövlət başçısının mühafizəçilərinin dəyişməsi mərasimi zamanı prezident sarayında bomba partlatmağı planlaşdırırdı", – deyə "Jakarta Post" polis rəsmisindən sitat gətirib.

İndoneziya prezidentinin iqamətgahı hər ayın ikinci bazar günü mühafizəçilərin dəyişməsini görməyi arzu edən şəxslər üçün açılır.

Polisin sözlərinə görə, terrorçular üç kiloqram güclü partlayıcı maddədən istifadə etmək istəyiblər. "Əgər o işə düşssəydi, onda 300 metr radiusunda hər şeyi dağıda bilərdi", – deyə Yuvono əlavə edib. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru