ABŞ-dan Türkiyəyə zərbə: nazir açıqladı 11-12-2016, 10:19 Bir neçə gün öncə Suriyadakı kürd qüvvələrinə “Stinger” hava hücumundan müdafiə sistemi verəcəyini açıqlayan ABŞ daha bir qalmaqallı qərara imza atıb.Axar.az xəbər verir ki, rəsmi Vaşinqton indi də PKK/PYD-yə yardım etmək üçün 200 hərbçisini Rakka şəhərinə göndərməyi planlaşdırır.Bu barədə ABŞ Müdafiə naziri Eşton Karter Strateji Araşdırmalar İnstitutunun Bəhreyndə keçirilən 12-ci Manama Dialoq Konfransında çıxışında deyib.Qeyd edək ki, nazir hazırda bölgədə 300 ABŞ hərbçisinin olduğunu bildirib. Facebook-da paylaş