Qız “Hummer”lə universitetin bağçasında... - VİDEO

11-12-2016, 13:35           
Qız “Hummer”lə universitetin bağçasında... - VİDEO
Moskva Dövlət Universitetinin bağçasında qazon və səkilərin üzəri ilə hərəkət edən albalı rəngli “Hummer” Rusiyada zəngin balalarının ictimai qaydaları necə pozduğunu əks etdirən növbəti epizod olub.

Virtualaz.org xəbər verir ki, şahidlərin çəkdikləri kadrlara əsasən “Hummer” yolun hərəkət hissəsindən çıxaraq universitetin ərazisinə daxil olur, orada səkilərin və qazonların üzəri ilə hərəkət edir, yenidən yolun hərəkət hissəsinə çıxır.Daha sonra buzda ilişib qalır. Şahidlər bildirir ki, avtomobildə bir neçə nəfər olub, sükan arxasında isə qız oturmuşdu.

Xatırladaq ki, bu yaxınlarda erməni biznesmenin qızı Mara Baqdasaryanın Moskvada idman avtomobilləri ilə müntəzəm olaraq avtoxuliqanlıq etməsi nəhayət onun həbsinə və icbari əməyə cəlb olunmasına səbəb olub. Zəngin balalarının avtoxuliqanlıq əməlləri Rusiya üçün də ciddi problemdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru