Paolo Centilonini İtaliyanın baş naziri təyin olunub

11-12-2016, 22:10           
Paolo Centilonini İtaliyanın baş naziri təyin olunub
İtaliya prezidenti Serco Mattarella ölkənin xarici işlər naziri Paolo Centilonini yeni baş nazir təyin edib.

"Reuters" xəbər verir ki, Centiloni Nazirlər Kabinetini mümkün qədər tez bir zamanda formalaşdıracağına və əvvəlki hökumətin siyasətinə sadiq qalacağına söz verib.

62 yaşlı Centiloni İtaliya Demokratik Partiyasında əvvəlki baş nazir Rentsinin yaxın silahdaşlarından biridir.

Matteo Rentsi dekabrın 4-də keçirilən konstitusiya islahatlarına dair referendumda məğlubiyyətdən sonra vəzifəsindən istefa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru