Rusiya XİN:"Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər"

12-12-2016, 10:28           

Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər.

Bu barədə “İnterfaks” agentliyinə Rusiya XİN-dəki diplomatik mənbə bildirib.

“Sənədi qəbul etmək hələ ki, mümkün olmayıb. Mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək”, deyə mənbə bildirib.

Bildirilir ki, ABŞ tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasını təkid edir, Rusiya isə bu şərti qəbuledilməz hesab edir. Suriya böhranı ilə əlaqədar Rusiya və ABŞ diplomatları arasında danışıqlar İsveçrənin Cenevrə şəhərində baş tutub. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru