Avakovun istefa verdiyi və Kanadaya qaçdığı barədə xəbər yayılıb

12-12-2016, 19:06           
Avakovun istefa verdiyi və Kanadaya qaçdığı barədə xəbər yayılıb
Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun vəzifəsindən istefa verərək Kanadaya qaçdığı barədə iddialar var. Bu barədə "Regnum" agentliyi Ukrayna Ali Radasının sabiq deputatı Oleq Sarevə istinadən xəbər yayıb.

Bildirilir ki, Avakov ölkədən Kanadaya xidməti ezamiyyət adı ilə çıxdığı vaxt istefa ərizəsini göndərib. Bundan az əvvəl Avakovun fəaliyyəti ilə bağlı Ukrayna prokurorliginda yoxlamalar başlanmışdı.

Avakov həm də Ukraynada yaşayan Azərbaycanlı iş adamlarına qarşı təxribatlar, həbslər və sıxışdırmalarda günahlandırılırdı.

Onun Odessanın sabiq qubernatoru Mixail Saakaşvili ilə münasibəti də düşməncəsinə idi.

Qeyd edək ki, Avakov sovet dönəmində Bakıda doğulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru