Rüsvayçılıq: Almaniyadan İstanbul teraktına "uğurlu akt"... - Foto

13-12-2016, 01:23           

“Doyç Velle” (“Alman dalğası”) agentliyinin müxbiri Çeys Vinter İstanbulda onlarca adamın həyatına son qoyan terror aktlarına münasibətini bildirərkən sevincini gizlədə bilməyib. Üstəlik, utanmaz-utanmaz insan amilinə də məhəl qoymayıb.

Axar.az xəbər verir ki, o, Tvitterdəki mikrobloqunda qısa məlumatında bu dəhşətli terror aktını hətta “həlak olanların sayına görə deyil, daha çox psixoloji baxımdan uğurlu akt” adlandırıb.

Almaniya agentliyinin və onun əməkdaşlarının bu cür mövqeyini necə səciyyələndirmək olar?

Jurnalist silahlıların liderləri ilə, habelə terrorçularla birlikdə rəqs edərək çəkdirdiyi fotoları da iftixarla dərc edib.

Bundan sonra Almaniya KİV-ləri Azərbaycan və Türkiyədən olan həmkarlarına dərs deməyə necə cəsarət edirlər?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru