Trampın müşaviri:“Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir”

13-12-2016, 01:23           

Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir.

Bunu ABŞ yeni seçilən prezidenti Donald Trampın müşaviri Karter Peyc Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.

“Düşünürəm ki, Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq hələ tezdir. Buna baxmayaraq, ABŞ-Rusiya münasibətlərinin perspektivinə nikbin baxıram. Bunun üçün sədaqətli tərəfdaş olmaq və təsir dairələri uğrunda mübarizə aparmağa son qoymaq lazımdır. Təhlükəsizliklə bağlı problemlərlə yanaşı diqqətimizi iqtisadiyyat məsələlərinə yönəldə bilsək, tezliklə uğur əldə edə bilərik”, deyə K.Peyc bildirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru