PKK Almaniyanın terror siyahısında yer alır - Açıqlama

13-12-2016, 09:31           
PKK Almaniyanın terror siyahısında yer alır - Açıqlama
PKK Almaniyanın terror siyahısında yer alır.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Yohannes Dimroz jurnalistlərə açıqlamasında deyib.

“PKK Almaniyada terror qruplaşmasıdır və ora üzvlük cinayət xarakteri daşıyır. Ölkədə PKK üzvləri ilə bağlı geniş araşdırma aparılır. Sonuncu dəfə bir DHKP-C üzvü saxlanılıb”, - Dimroz bildirib.

Qeyd edək ki, Almaniyanın bir sıra media orqanı İstanbulun Beşiktaş rayonunda baş verən qanlı terror hücumuna haqq qazandıran məqalələr və geniş araşdırma yazılarla çıxış edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.