Tramp: «Çin mənə diktə edə bilməz!»

13-12-2016, 09:33           
Tramp: «Çin mənə diktə edə bilməz!»
ABŞ-ın yeni prezidenti Donald Tramp Çinin valyuta, Cənubi Çin dənizi və Şimali Koreya siyasətini növbəti dəfə tənqid edib.

«Reuters»ə açıqlamasında Tramp Birləşmiş Ştatların «vahid Çin» siyasətilə uzlaşmaq məcburiyyətində olmadığını bildirib: «Çinin bu siyəsətini tamamən başa düşürəm. Amma onu başa düşmürəm ki, Çinlə ticari və başqa məsələlərlə bağlı saziş bağlamadan biz bu siyasətə niyə bağlı olmalıyıq?
Tramp onu da deyib ki, Çin ona diktə edə bilməz: «Zənglərə necə cavab verməli olduğum barədə mənə diktə edə bilməzlər».
Qeyd edək ki, Tramp 1979-cu ildən bu yana ilk dəfə Tayvan prezidenti ilə telefon söhbəti aparıb.
Buna etiraz edən Çin hökuməti açıqlama verib ki, ABŞ Tayvanla hər hansı rəsmi təmas və hərbi əməkdaşlıq qura bilməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.