Bill Qeyts alternativ enerji mənbələrinə investisiya yatıracaq

13-12-2016, 10:25           
Bill Qeyts alternativ enerji mənbələrinə investisiya yatıracaq
Amerikalı milyarder Bill Qeyts ekoloji təmiz və ucuz bərpa olunan enerji mənbələrinin işlənməsi üzrə layihələrə təqribən 1 milyard dollar sərmayə yatıracaq “Breakthrough Energy Ventures” (BEV) adlı fondun yaradıldığını bildirib.
İnvestorlar arasında Bill Qeytsdən başqa “Amazon” şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos, “Alibaba Group”un təsisçisi Cek Ma, “SoftBank”ın təsisçisi Masaesi Son da var.
Oktyabrda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, onun proqnozlarına görə, 2021-ci ilədək energetika bazarında bərpa olunan enerjinin payı 23%-dən 28%-dək artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru