İran və Rusiyadan kritik addım — Ticarət milli valyuta əsasında aparılacaq

16-12-2016, 07:18           

İran və Rusiya qarşılıqlı ticarət əməliyyatlarında dolların yerinə riyal və rubldan istifadə etmək mövzusunda razılığa gəliblər.

Hər iki dövlətin mərkəzi bankı bu yaxınlarda müzakirələrə başlayacaq.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri ilə İran-Rusiya əməkdaşlığı komissiyasının həmsədri Mahmud Vaizi Tehranda keçirilən 13-cü "İran-Rusiya müştərək iqtisadi komissiyası"nın iclası haqda məlumat verib.

Toplantıda iki dövlət arasında enerji məsələsi ilə yanaşı 10 mövzuda müqavilə imzalanıb. Ticarətin önünü kəsən maneələri dəf etmək üçün hər iki dövlətin banklarının İranda və Rusiyada şöbələrinin açılması barədə qərar verilib./olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru