Netanyahudan İrana mesaj: "Biz dovşan yox, pələngik..."

16-12-2016, 07:37           

İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana səfəri zamanı prezident Nursultan Nazarbayevdən xahiş edib ki, bu müsəlman ölkəsinin prezidenti onun mesajını İran prezidentinə çatdırsın: “Bizi təhdid etməyin, biz dovşan deyilik, pələngik. Əgər Siz bizi təhdid etsəniz özünüzü təhlükəyə atmış olursunuz”.
Netanyahu bu mesajı Nazarbayevin istəyi ilə çatdırıb. Gələn həftə İran prezidenti Həsən Ruhani ilə görüşü nəzərdə tutulan Nazarbayev İsrail prezidentindən soruşub: “İran prezidentinə Sizin adınızdan nəyi çatdırmağımı istərdiniz?”
Netanyahudan İrana mesaj: "Biz dovşan yox, pələngik..."
Benyamin Netanyahu isə həmin mesajı onun adından Ruhaniyə çatdırmağı xahiş edib.

Xəbər verildiyi kimi İsrail baş naziri dekabrın 13-də Bakıda işgüzar səfərdə olub, buradan Qazaxıstana gedib. Qazaxıstanda Netanyahunu çoxsaylı israilli biznesmenlər də müşaiyət edirdi.Netanyahu bu gün səhər səfərini başa vuraraq Astanadan İsrailə yola düşüb.(Virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru