Rusiya və İranın səfirləri Britaniya XİN-ə çağırılıb –Hələbdəki vəziyyətlə bağlı

16-12-2016, 00:47           

Rusiya və İranın Böyük Britaniyadakı səfirləri Suriyanın Hələb şəhərində hazırkı vəziyyətlə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə öz "Twitter" səhifəsində Britaniyanın xarici işlər naziri Boris Conson yazıb.

"Mən indicə Rusiya və İranın səfirlərini çağırıb, onlara Hələb ilə bağlı dərin narahatlığımı ifadə etdim. Dinc sakinləri müdafiə etmək və onlara yardım göndərmək son dərəcə vacibdir", – deyə Conson bildirib. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru