Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb –Səbəb

16-12-2016, 09:59           

Fransa təcili olaraq BMT Təhlükəsizlik Şurası iclasının çağırılması tələbi ilə çıxış edib.

İclas bu gün qapalı rejimdə keçiriləcək.

Əsas müzakirə mövzusu Suriyanın Hələb şəhərində hazırkı vəziyyət və onun yaxşılaşdırılması üçün görülə biləcək tədbirlər olacaq.

Görüşdə, həmçinin dinc sakinlərin təxliyə olunması və humanitar yardımın göstərilməsi müzakirə olunacaq. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.