Rusiyadan ildırımsürətli və MƏXFİ ƏMƏLİYYAT

16-12-2016, 12:40           

Rusiya 2015-ci ilin avqustunda Pentaqona kiber hücum həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Birləşdirilmiş Qərargahlar Komitəsinin keçmiş sədri Martin Dempsin deyib.

Onun sözlərinə görə, rusiyalı hakerlər Pentaqonun əməkdaşlarından birinin elektron ünvanına giriş əldə edərək, ümumi sistemə sızmağı bacarıblar.

“Milli təhlükəsizlik agentliyinin direktoru Maykl Rodjers səhər tezdən mənə zəng edərək, hücum haqqında məlumat verdi. Hücum qeyri-adi sürətlə həyata keçirilmişdi. Biz bunun qarşısını almaq üçün bir saat vaxt sərf etdik. Həmin müddətdə hakerlər yüksəkrütbəli zabitlərin kompüterlərindən məlumatları çıxara bildilər. Yeganə variant şəbəkəni partlatmaq idi. Əlimizdən heç nə gəlmədi. Rusiya bunu çox məxfi və sürətlə etdi, demək olar ki, onlar istədiklərinə nail olmuşdular”, - deyə o bildirib.

Martin Dempsin Rusiyanın həmin vaxt ABŞ-a böyük zərbə vurduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru