Ermənistanın paytaxtı İrəvanda qarətçilər bir bankomatı partladıb, digərini isə yarmağa çalışıb.
7news.Az "Armenpress”-ə istinadən xəbər verir ki, qarətçilər partladılan bankomatdan 7.5 milyon dram oğurlayıblar. Onların digər bankomatı yarmaq cəhdi isə baş tutmayıb.
Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.