Rusiya Müdafiə Nazirliyindən Hələblə bağlı Qərbə ittiham –Bəyanat

17-12-2016, 00:19           

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Qərb dövlətlərini Hələbdəki vəziyyətlə bağlı yalan məlumat yaymaqda günahlandırıb.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi, general-leytenant Sergey Rudskoy keçirdiyi mətbuat konfransında Qərb siyasətçilərinin Hələbin işğaldan azad edilməsi əməliyyatı zamanı dinc insanlar arasında çoxlu sayda ölüm hallarının olması ilə bağlı bəyanatlarını açıq yalan adlandırıb:

“Yeni informasiya kampaniyası başlanıb. Ayrı-ayrı Qərb siyasətçiləri guya Hələbdə əməliyyat zamanı dinc sakinlər arasında kütləvi ölüm hallarının olması haqqında bəyanat verirlər. Onların sözlərinə görə, küçələr cəsədlərlə doludur, zirzəmilərdə isə minlərlə insan gizlənir. Bütün məsuliyyətimlə deyə bilərəm ki, bu məlumatlar açıq yalandır.

Hələbin işğaldan azad olunan rayonlarına suriyalı hərbçilərlə bərabər, Rusiya Barışdırıcı Mərkəzinin zabitləri və Qızıl Xaç Beynəlxalq Komitəsinin nümayəndələri də giriblər. Küçələrdə heç bir cəsəd aşkarlanmayıb. Bundan əlavə, dinc sakinlərin və döyüşçülərin təxliyyəsi canlı yayımda bütün dünyaya pilotsuz uçuş aparatları ilə nümayiş olunub”.

APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.