ABŞ-ın ən çox borclu olduğu ölkələr - Siyahı

17-12-2016, 09:51           
ABŞ-ın ən çox borclu olduğu ölkələr - Siyahı
Çin artıq ABŞ-ın ən çox borclandığı ölkə deyil.

Axar.az “Faynənşıl Tayms” qəzetinə istinadən xəbər verir ki, Çinin bu istiqamətdə yerini Yaponiya tutub. Belə ki, Çin öz valyuta rezervlərinin böyük hissəsini yuanın kursunun dəstəklənməsinə yönəltdiyi üçün öz yerini Tokioya təhvil verməli olub.

ABŞ Maliyyə Nazirliyinin hesabatına əsas Pekin oktyabrda istiqrazlara qoyduğu investisiyanı 41,3 milyard dollar endirərək 1,12 trilyon dollara çatdırıb. Yaponiya da həmçinin investisiyalarını 4,5 milyard dollara qədər azaldaraq 1,13 trilyon dollar edib.

Qeyd edək ki, ABŞ-ın maliyyə borcu 19 trilyon dollardır. Ölkənin ən çox borclandığı ölkələrin ilk onluğuna Yaponiya, Çin, İrlandiya, Kayman adaları, Braziliya, İsveçrə, Lüksemburq, Böyük Britaniya, Tayvan və Honkonq daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru